Heyvandarlıq
Aqrar Sığorta predmeti olaraq aşağıdakı kənd təsərrüfatı heyvanları sığortalanır:

Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 sayılı və 22 dekabr 2021-ci il tarixli 398 sayılı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta hazırda aşağıdakı heyvandarlıq məhsullarını əhatə edir:
- 11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar);
- 11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar);
- 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər).
Aqrar sığorta heyvanları hansı risklərdən sığortalayır?
Aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış heyvanın ölümü:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarlarda təsdiq edilmiş və göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər;
- ilan və ya həşərat sancması;
- zəhərli otlar və ya yemlərdən zəhərlənmə;
- kimyəvi maddələrin təsirindən zəhərlənmə;
- təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu);
- yanğın;
- vəhşi heyvanların hücumu;
- üçüncü şəxslərin hərəkətləri;
- əlavə sığorta haqqı ödəməklə nəzərdə tutulmuş risklərlə yanaşı oğurluq, soyğunçuluq və quldurluq yolu ilə əldə edilməsi nəticəsində dəymiş zərərlərə də təminat verilə bilər.
Sığorta haqqının ödənilməsi
- sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər;
- sığorta haqqı aşağıdakı hissələrdən ibarətdir:
- Sığortalı tərəfindən ödənilməli olan hissə;
- Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i;
- sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta haqqı birdəfəlik
ödənilir.
Aqrar sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilir. Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir. Sığorta haqqının sığortalı tərəfindən ödənilməli olan hissəsinin tam ödənilməsi nəzərdə tutulduqda - hamısı, hissə-hissə ödənilməsi nəzərdə tutulduqda isə sığorta müqaviləsində müəyyən edilmiş ilk hissəsi aqrar sığorta müqaviləsinin bağlandığı gün ödənilir; - aqrar sığorta müqaviləsində sığorta haqqının hissə hissə ödənilməsi nəzərdə tutulduqda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin ödənilməsindən sonra və ya sığorta haqqının tam ödənilməsi nəzərdə tutulduqda, onun tam ödənilməsindən sonra qüvvəyə minir.
Sığorta hadisəsi olduqda
- sığorta hadisələri barədə məlumatı hadisənin baş vermə tarixindən 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir;
- zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur;
- müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir;