Tez-tez soruşulan suallar

ASC FAQ

Tez-tez soruşulan suallar

Aqrar sığorta – kənd təsərrüfatı məhsullarını və aktivlərini müxtəlif risklərdən qorumaq üçün sığorta mexanizmidir.

Buraya əkin sahələri, məsələn, taxıl əkinləri, meyvə bağları, bostan bitkiləri və sair, eləcə də kənd təsərrüfatı heyvanları və balıqçılıq məhsulları aiddir.

Azərbaycanda aqrar sığorta mexanizmi «Aqrar sığorta haqqında» qanun və Aqrar Sığorta Fondunun yaradılması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə tənzimlənir.

Qanuna əsasən, fermer və təsərrüfat sahibləri sığorta haqqı ödəməklə əkin sahəsini və təsərrüfatını Aqrar Sığorta Fondu vasitəsilə sığorta edir. Sığorta hadisəsi baş verdikdə isə təsərrüfata dəyən zərər Fond tərəfindəndən fermerə ödənilir.

Aqrar sığorta mexanizmi dövlət dəstəklidir, yəni sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Bu səbəbdən də aqrar sığorta haqqı kiçik və fermerlər üçün əlçatandır

Aqrar sığota ilə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və akvakultura məhsulları sığorta edilir.

NK-nin 17 dekabr 2019-cu il tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aqrar sığorta predmetinin Tərkibi»nə əsasən aqrar sığorta predmetləri aşağıdakılardır:
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə:
1. buğda;
2. arpa;
3. qarğıdalı;
4. kartof
5. şəkər çuğunduru;
6. portağal;
7. limon;
8. naringi;
9. çay;
10. çəltik;
11. tütün;
12. üzüm;
13. fındıq;
14. pambıq;
15. günəbaxan;
16. soya;
17. yonca;
18. noxud;
19. yaşıl noxud;
20. alça;
21. albalı;
22. alma;
23. armud;
24. çiyələk;
25. ərik;
26. gavalı;
27. gilas;
28. heyva;
29. xurma;
30. nar;
31. şaftalı;
32. zeytun;
33. badam;
34. qoz;
35. soğan;
36. kələm;
37. qarpız;
38. yemiş (qovun);
39. pomidor;
40. sarımsaq;
41. darı.

“Aqrar sığorta Qaydaları”na əsasən aşağıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış heyvanın ölümü təminat altına alınır:

  1. Nazirlər Kabinetinin 7 mart 2006-cı il tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarlarında göstərilmiş xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər;
  2. ilan və ya həşərat sancması;
  3. zəhərli otlar və ya yemlərdən zəhərlənmə;
  4. kimyəvi maddələrin təsirindən zəhərlənmə;
  5. təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu);
  6. yanğın;
  7. vəhşi heyvanların hücumu;
  8. üçüncü şəxslərin hərəkətləri;
  9. əlavə sığorta haqqı ödəməklə - oğurluq, soyğunçuluq və quldurluq yolu ilə əldə edilməsi nəticəsində dəymiş zərərlərə də təminat verilə bilər.

Yalnız qanunda nəzərdə tutulan tələblərə riayət olunmaqla saxlanılan, yemlənən, dezinfeksiya, dezinseksiya, deratizasiya edilən və peyvəndlənən heyvanlar sığortanın predmeti hesab olunur. 

Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixində təsdiq etdiyi “Aqrar sığorta Qaydaları”na əsasən aşağıda qeyd olunan risklər üzrə dəymiş zərərə təminat verilir:

  1. dolu;
  2. yanğın;
  3. zəlzələ;
  4. torpaq sürüşməsi;
  5. qasırğa;
  6. fırtına;

6-1. sel və ya subasma;

6-2. leysan;

6-3. şaxtavurma (donvurma);

6-4. normadan artıq yağan qar yağıntıları;

  1. bitki xəstəlikləri və zərərvericiləri;

7-1. vəhşi heyvanların hücumu;

  1. xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;
  2. üçüncü şəxslərin hərəkətləri.

Bundan başqa, əlavə sığorta haqqı ödəməklə, bir sıra məhsullar üzrə dolu vurması nəticəsində keyfiyyət itkisinə də təminat verilə bilər. Bunlar - portağal, limon, naringi, üzüm, tütün, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, kələm, qarpız, yemiş (qovun) və pomidor bitkiləridir.

Bundan başqa, əlavə sığorta haqqı ödəməklə, buğda, arpa və darı bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan itkiyə təminat verilə bilər.

Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli 431 nömrəli Qərarı ilə təsdiqlənmiş “Aqrar sığorta Qaydaları”na əsasən aşağıdakı risklər nəticəsində sığortalanmış balığın ölümü təminat altına alınır:

  1. kütləvi zəhərlənmə;
  2. təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, sel və ya subasma, ildırım və normadan artıq yağan qar yağıntıları);
  3. Nazirlər Kabinetinin 7 mart 2006-cı il tarixli 65 nömrəli və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarlarında göstərilmiş xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər;
  4. vəhşi heyvanların hücumu;
  5. yanğının birbaşa və ya dolayısilə təsiri;
  6. üçüncü şəxslərin hərəkətləri.

Qaydalara görə, hər bir balıq növü üzrə təminatın başlanma dövrləri Aqrar Sığorta Fondu tərəfindən müəyyən edilir.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizminin əsas elementlərindən biri də müstəqil aqrar sığorta ekspertləridir.

Qanunvericiliyə əsasən, müstəqil aqrar sığorta ekspertləri təsərrüfatların yerləşdiyi bölgələrə gedərək həmin ərazidə risk və ya zərər qiymətləndirilməsi həyata keçirirlər.

Hər hansı təsərrüfat (əkin sahələri, heyvandarlıq və ya balıqçılıq təsərrüfatı) aqrar sığorta vasitəsilə risklərini sığortalamaq üçün müraciət etdikdə, əvvəlcə müstəqil aqrar sığorta eksperti həmin təsərrüfata gedərək baxış keçirir, riskləri yerində qiymətləndirir və rəy verir.

Təsərrüfatın sığortalanması barədə qərar ekspertin rəyi əsasında verilir.

Bundan əlavə, sığortalanmış təsərrüfatlarda hər hansı zərər hadisəsi baş verdikdə müstəqil aqrar sığorta eksperti həmin təsərrüfata baxış keçirərək baş vermiş hadisəni müəyyən edir, onun səbəbini araşdırır və dəymiş zərəri hesablayır.

Baş vermiş hadisəyə görə zərərin ödənilib-ödənilməməsi barədə qərar verilərkən zamanı nəzərə alınan vacib sənədlərdən biri də müstəqil ekspertin rəyidir.

Aqrar sığorta xidməti ölkəmizdə yeni sahə olduğundan müstəqil aqrar sığorta eksperti fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərdə iştirak edirlər (1-ci addım).

Qaydalara görə, aqrar sığorta eksperti olmaq üçün yalnız uyğun ixtisas üzrə təhsil almış şəxslər müraciət edə bilər (tələb olunan ixtisaslar - TAM SİYAHI).

Aqrar Sığorta Fondunun təlimlərini müvəffəqiyyətlə başa vuran ekspertlər Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş imtahana qatılırlar (2-ci addım).

İmtahandan uğurla keçən namizədlər sertifikat almaq və Azərbaycan Mərkəzi Bankda müstəqil ekspert olaraq müvafiq reyestrə qeydiyyata düşmək üçün lazımi sənədləri taplayaraq təqdim edirlər (3-cü addım).

Sertifikat alındıqdan və Mərkəzi Bankın reyestrində qeydiyyatdan keçdikdən sonra namizədlər Aqrar Sığorta Fondu ilə xidməti müqavilə bağlayaraq  müstəqil ekspert kimi fəaliyyətə başlayırlar (4-cü addım).

Müstəqil aqrar sığorta ekspertləri xidməti Aqrar Sığorta Fondu ilə bağlanmış xidməti müqavilə əsasında fəaliyyət göstərirlər.

Onlar öz əsas işlərindən əlavə olaraq bu sahədə sərbəst şəkildə çalışırlar. Başqa sözlə, əsasiş yeri olan mütəxəssislər də müstəqil aqrar sığorta eksperti olaraq bu sahədə xidməti müqavilə ilə fəaliyyət göstərə bilərlər.

Müstəqil ekspert təsərrüfatların yerləşdiyi bölgələrə gedərək həmin ərazidə risk və ya zərər qiymətləndirilməsi həyata keçirirlər. Onların gedəcəkləri ərazilər - daxil olan sorğular əsasında formalaşır və həmin müraciətlər yerində qiymətləndirilməsi üçün müstəqil ekspertlərə yönləndirilir.

Ekspertin işinin həcmi, ona daxil olan sorğuların sayından asılıdır. Ekspert tərəfindən həyata keçirilən risk və zərər qiymətləndirmələrinin sayı ona daxil olan sorğulardan asılıdır və bu rəqəm dəyişə bilər.