Bitkiçilik
Aqrar Sığorta predmeti olaraq aşağıdakı bitkiçilik məhsulları sığortalanır

- taxıllar, paxlalılar və yağlı bitkilərdə – dən
- lifli bitkilərdə – lif;
- əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dib;.
- əsas məhsulu yarpaq olan bitkilərdə - yarpaq;
- meyvəsi yeyilən bitkilərdə - meyvə;
- yem bitkilərində - bütün yaşıl hissə.
Hansı bitkilər sığortalana bilər?
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta hazırda 41 adda bitkiçilik məhsullarını əhatə edir. Onlar aşağıdakılardır:
- buğda;
- arpa;
- qarğıdalı;
- kartof
- şəkər çuğunduru;
- portağal;
- limon;
- naringi;
- çay;
- çəltik;
- tütün;
- üzüm;
- fındıq;
- pambıq;
- günəbaxan;
- soya;
- yonca;
- noxud;
- yaşıl noxud;
- alça;
- albalı;
- alma;
- armud;
- çiyələk;
- ərik;
- gavalı;
- gilas;
- heyva;
- xurma;
- nar;
- şaftalı;
- zeytun;
- badam;
- qoz;
- soğan;
- kələm;
- qarpız;
- yemiş (qovun);
- pomidor;
- sarımsaq;
- darı
- ağac(kol);
- ting(ştil).
Hansı risklərdən sığortalana bilər?
- dolu;
- yanğın;
- zəlzələ;
- torpaq sürüşməsi;
- qasırğa;
- fırtına;
- sel və subasma;
- leysan;
- ildırım;
- şaxtavurma (donvurma);
- normadan artıq yağan qar yağıntıları;
- üçüncü şəxslərin hərəkətləri.
- Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər.
- Əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər və bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40% çox ola bilməz.
- Əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə təminat verilə bilər.
Sığorta müqaviləsi bağlanması
- Sığortalı müraciətini məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş və Fondun rəsmi internet səhifəsində dərc edilmiş tarixlər ərzində etməlidir.
- EKTİS-də qeydiyyatdan keçdikdən sonra müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edilməlidir.
- Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu həmin gün ərzində vasitəçi aqrar sığortaçı tərəfindən EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlanılır.
- İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edildiyi sənədlər və məlumatlar əsasında müqavilə bağlanması barədə qərarını Fondla razılaşdırmalıdır.
- Müqavilənin bağlanmasına razılıq verildiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə baxış keçirilir.
- İdarəedici qurumun məsul əməkdaşı müstəqil ekspert tərəfindən göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.
Sığorta haqqının ödənilməsi
- Sığorta haqqı birdəfəlik və ya hissələrlə ödənilə bilər.;
- Sığorta haqqı aşağıdakı hissələrdən ibarətdir:
- sığortalı tərəfindən ödənilməli olan hissə;
- dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə, yəni sığorta haqqının 50%-i.
- Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa sığorta haqqı birdəfəlik ödənilir.
- Aqrar sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilir. Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir. Sığorta haqqının sığortalı tərəfindən ödənilməli olan hissəsinin tam ödənilməsi nəzərdə tutulduqda - hamısı, hissə-hissə ödənilməsi nəzərdə tutulduqda isə sığorta müqaviləsində müəyyən edilmiş ilk hissəsi aqrar sığorta müqaviləsinin bağlandığı gün ödənilir
- Aqrar sığorta müqaviləsində sığorta haqqının hissə hissə ödənilməsi nəzərdə tutulduqda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin ödənilməsindən sonra və ya sığorta haqqının tam ödənilməsi nəzərdə tutulduqda onun tam ödənilməsindən sonra qüvvəyə minir
Sığorta hadisəsi olduqda
- Sığorta hadisələri barədə məlumatı hadisənin baş vermə tarixindən 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
- Zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur.
- Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.
- “Arpa bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Buğda bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Çay bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Çəltik bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Fındıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Kartof bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Qarğıdalı bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Limon bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Naringi bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Portağal bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Şəkər çuğunduru bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Üzüm bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ağac (kol) təminatına dair aqrar sığorta məhsulunun şərtləri;
- Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə ting (şitil) təminatına dair aqrar sığorta məhsulunun şərtləri;
- “Günəbaxan bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Soya bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Yonca bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Noxud bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Yaşıl noxud bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Alça bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Albalı bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Alma bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Armud bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Çiyələk bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Ərik bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Gavalı bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Gilas bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Heyva bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Xurma bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Nar bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Şaftalı bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Zeytun bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Badam bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Qoz bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Soğan bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Kələm bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- "Qarpız bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Yemiş (qovun) bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Pomidor bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Sarımsaq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”;
- “Darı bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri”.